AZ

“Səfərin ləğvi müharibəyə qayıdış demək deyil”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Səfərin ləğvi müharibəyə qayıdış demək deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”un müxbiri Barak Ravidlə telefon danışığında deyib.

O bildirib ki, Prezidentin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İranla danışıqların yeni mərhələsi üçün Pakistana planlaşdırılan səfərinin ləğvi müharibənin yenidən başlanacağı anlamına gəlmir.

“Xeyr, bu o demək deyil. Biz hələ bu barədə düşünməmişik”, – Tramp vurğulayıb.

O, Uitkoff və Kuşnerin Pakistana göndərilməməsinin vəziyyətin eskalasiyası kimi qiymətləndirilib-qiymətləndirilməməsi barədə sualı cavablandırarkən bu qərarın belə şərh edilməməli olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
1
qafqazinfo.az

2Mənbələr