Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib... Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb...
Xezerxeber.az xəbər verir ki, hadisə 2 gün əvvəl paytaxın Səbail rayonu ərazisində baş verib. Avtomobilin sürücüsü Ələsgər Əliyev deyir ki, yolda işıqlandırma olmadığından anidən qarşısına çıxan maneəni görməyib və nəticədə qəza qaçılmaz olub.
Avtomobilin sahibi deyir ki, yolun təmirə bağlandığını göstərən xəbərdaredici nişanı görməyib.
Hüquqşünas Şamil Paşayev deyir ki, sürücünün qəza törətməsinin əsas səbəbi yol ilə bağlıdırsa, hüquqi yolla dəymiş zərəri tələb edə bilər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, zərərçəkən şəxs rəsmi olaraq quruma müraciət etdikdən sonra araşdırma aparılacaq və lazımi addımlar atılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.