AZ

Premyer Liqa: "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.

"Cebheinfo.az"

Seçilən
25
7
cebheinfo.az

6Mənbələr