AZ

Berezutski: “Bu, bizə heç bir təsir etmir”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Kubokunun finalında sabah keçiriləcək “Qarabağ” – “Sabah” oyunundan əvvəl “Sabah”ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. “Sabah” ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan. Gərgin, maraqlı oyun olacaq.

– Heyətlə bağlı problemlər var?

– Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Oyunun əhəmiyyətini bilirik. Bir aydır ki, bu matça hazırlaşırıq. Hər kəs qaydasındadır.

– Uğursuz nəticə olacağı təqdirdə, komandadan göndəriləcəyiniz iddia edilir. Hətta namizəd də bəllidir. Vacib oyunöncəsi bu xəbərlər sizə necə təsir edir?

– Bu, bizə heç bir təsir etmir. Hamımız kuboka köklənmişik. Bunları kubokun finalından sonra danışmaq olar. Düzü, mətbuatı oxumuram. Bu cür xəbərlər özümə təsir etmir.

– Kubokun finalında uğursuz olsaz, komandadan gedəcəksiz, yoxsa rəhbərliyin sizi göndərməsini gözləyəcəksiz?

– Bu barədə danışmaq üçün hələ tezdir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra danışarıq bu barədə.

– Dəfələrlə futbolçu kimi Rusiya kubokunun finalında oynamısız. Final oyununun özəlliyini nədə görürsüz?

– Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən.

– “Sabah”a gəldikdən sonra “Qarabağ”a uduzmamısız. Bunu final öncəsi psixoloji üstünlük hesab edirsiz?

– Bunu üstünlük və ya zəiflik hesab etmək olar. “Qarabağ” da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. Şanslar 50/50-dir. “Qarabağ” favorit sayılır. Güllə açılmamış yıxılmaq lazım deyil.

– Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiz. O da təcrübəli və sizə yaxın biridir. Maraqlıdır, “Qarabağ”ı necə məğlub etmək barədə onunla heç söhbətiniz olub?

– Deyə bilərəm ki, yox. Amma ümumi anlar var ki, məşqçilər olaraq aramızda müzakirə edirik. Fərdi olaraq bir şey yoxdur ki, məhz bununla rəqibə qalib gələ bilərik.

– “Qarabağ”a qalib gəlib avrokuboklara vəsiqə qazansanız, hazırkı heyəti qoruyub-saxlayacaqsız?

– Oyuna iki gün qalıb. Oyunla yaşayırıq. Gələcəkdə necə olacaq, onu bilmirəm. Qalib də gələ bilərik, uduza da bilərik. Necə olacağını finalda görəcəyik.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
futbolpress.az

1Mənbələr