AZ

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi


Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş ədəd sərnişin avtobusu verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, bu səfər çərçivəsində Azərbaycan Ukrayna icmalarının ehtiyacları üçün ölkəyə humanitar yardım olaraq beş sərnişin avtobusu təqdim edib:
“2022-ci ildən etibarən Azərbaycan Ukrayna xalqına dəstək vermək üçün dəfələrlə öz töhfəsini verib. Xüsusilə, enerji sistemimizin davamlı hücumlar altında işləməsini təmin etməyə kömək edən yüksək güclü generatorlar, transformatorlar və digər vacib avadanlıqlar daxil olmaqla 45 milyon dollardan çox humanitar yardım göstərib”.
Sibiqa qeyd edib ki, eyni dərəcədə vacib olan uşaqlara göstərilən dəstəkdir:
“500-dən çox ukraynalı uşaq Azərbaycanda bərpa proqramlarında iştirak edib – bu isə müharibə dövründə xüsusilə dəyərlidir. Biz bu həmrəyliyi yüksək qiymətləndiririk, çünki bu, Ukraynanın möhkəm dayanmasına və irəliləməsinə kömək edir”.
 
Seçilən
29
24
yeniavaz.com

10Mənbələr