AZ

Taker Karlson: ABŞ İranla müharibəyə başlayaraq amerikalıların maraqlarına uyğun hərəkət etməyib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerikalı jurnalist Taker Karlson Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını şərh edərkən bildirib ki, ABŞ hökuməti öz vətəndaşlarının maraqlarına uyğun hərəkət etmir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə deyib.

“Niyə ABŞ hökuməti öz vətəndaşlarının maraqları naminə hərəkət edə bilmir? Bu, uzun illərdir davam edən problemdir, bu, prezident Donald Tramp dövründə yaranmayıb. Tramp sadəcə sistemin ondan daha güclü olduğunu sübut etdi”, - deyə qeyd edib.

Karlson: “Mən Trampa nifrət etmirəm. Mən İrana qarşı bu müharibəyə və ABŞ hökumətinin izlədiyi siyasətə nifrət edirəm. Özümü xəyanətə uğramış kimi hiss edirəm”, - deyə əlavə edib.

Nəşrin yazdığına görə, Karlson bir neçə ay ərzində ABŞ prezidentini Yaxın Şərqdə yeni hərbi münaqişəyə başlamamaq üçün razı salmağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə, "WSJ"nin qiymətləndirməsinə əsasən, təxminən 10 il davam edən münasibətlər pozulub. Karlson ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı 28 fevral tarixini Tramp ilə münasibətlərinin qırılma günü kimi qeyd edib.

Əvvəllər Karlson Trampın fəal tərəfdarlarından biri olub və seçkilərdə onun lehinə kampaniya aparıb. O, Trampın 20 yanvar 2025-ci ildə ikinci dəfə and içməsindən sonra da onun siyasətini dəstəkləyib. Lakin ABŞ prezidentinin xarici siyasət addımları, xüsusilə İrana qarşı əməliyyatın başlanması Karlsonun mövqeyini dəyişib və o, Trampın siyasətini kəskin tənqid etməyə başlayıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
icma.az

1Mənbələr