AZ

Şərif ilə Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada səfəri zamanı Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparıb, bu görüş zamanı tərəflər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Bu barədə Publika.az İran Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

"Tərəflər iki ölkə arasındakı münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığı, eləcə də regional və beynəlxalq hadisələri müzakirə ediblər", - məlumatda bildirilib.

Pakistanın Baş naziri iki ölkə rəhbərliyinin ikitərəfli əlaqələri gücləndirməyə davam etmək əzmini vurğulayıb, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlarda koordinasiya və əməkdaşlığın inkişaf etdiriləcəyini bildirib. O, bu prosesin iki ölkənin maraqları naminə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Seçilən
70
publika.az

1Mənbələr