AZ

Zelenski Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi...



Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski bunu bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

"Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq", - Zelenski qeyd edib.

Seçilən
46
25
baki-xeber.com

10Mənbələr