AZ

İran atəşkəs və müharibənin sona çatması ilə əlaqədar Pakistanın vasitəçilik səylərini alqışlayıb

Bakı. Trend:

İran ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarının sonaçatması, atəşkəsin bərpa olunması və ABŞ və İran arsındamüzakirələrə ev sahibliyi etməsi ilə əlaqədar Pakistanınvasitəçilik səylərini alqışlayır.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçibu gün İslamabadda Pakistan baş naziri Şahbaz Şəriflə görüşdədeyib.

Onun sözlərinə görə, İran qonşu ölkələr, xüsusilə Pakistanlamünasibətlərin hərətərfli şəkildə inkişaf etdirilməsinintərəfdarıdır. İranın xarici siyasətində Pakistanın xüsusi mövqeyivar və İran iki ölkə arasında əlaqələrin daha da inkişafetdirilməsinin tərəfdarıdır.

Görüşdə Pakistan baş naziri Şahbaz Şərif də bildirib ki,çoxtərəfli səviyyədə və beynəlxalq təşkilatlarda əməkdaşlıq,ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi Pakistan və İrantərəfindən əhəmiyyət kəsb edir. Bu proses iki qonşu ölkənin birgəsəyləri ilə davam edəcək.

Qeyd edək ki, İran xarici işlər naziri Seyid Abbas Əraqçi ötəngecə yüksək səviyyəli heyətin müşayiəti ilə Pakistana səfəredib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr