AZ

“Danışıqlar üçün vaxt başa çatıb” ABŞ yenə hədələyir, İran isə..

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İran münaqişəsindəki atəşkəs ətrafında qeyri-müəyyənlik davam edir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker İranla bağlı yenə hədə dolu bəyanatla çıxış edib.

O deyib ki, “İran hökuməti ilə danışıqlar üçün vaxt başa çatıb”: "Ayətullah Əli Xameneinin radikal varislərinə etibar etmək olmaz, onlar heç bir razılaşmaya əməl etməyəcəklər".

Senator Prezident Donald Trampı İranın bütün hərbi imkanlarını və nüvə proqramının qalıqlarını məhv etməyə çağırıb.

Bu arada Pakistanda səfərdə olan İranın Xarici İşlər naziri Abbas Əraqçi Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir ilə görüşündə İranın ABŞ və İsraillə müharibəyə son qoymaqla bağlı fikirlərini və narahatlıqlarını çatdırıb.

Munir isə Pakistanın nəticə əldə olunana qədər vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu deyib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
azpolitika.info

1Mənbələr