AZ

Malidə vəziyyət qarışdı: Nə baş verir?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Mali ordusu "terrorçu qrupların" paytaxt başda olmaqla ölkədəki müxtəlif hərbi məntəqələrə hücum etdiyini bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, ordudan verilən açıqlamada, şəxsiyyəti məlum olmayan "terrorçu qrupların" həm paytaxtda, həm də ölkənin daxili bölgələrində yerləşən müxtəlif hərbi hədəflərə hücumlar reallaşdırdığı bildirilib.

Açıqlamada toqquşmaların davam etdiyi vurğulanıb. Yerli mətbuatın verdiyi məlumata görə, paytaxt Bamakodakı əsas beynəlxalq hava limanı yaxınlığında da atəş səsləri eşidilib.

Şahidlərin və hadisə yerində olan jurnalistlərin bildirdiyinə görə, Malinin əsas hərbi düşərgəsinin ətrafından və ölkənin müxtəlif nöqtələrindən partlayış və intensiv atəş səsləri gəlməkdədir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr