AZ

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb.
 

Belə ki, "Mercedes" markalı avtomobillə "Changan" markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu xəsarət alıblar.


Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.




Bizim.Media

Seçilən
0
12
bizim.media

10Mənbələr