AZ

Livanda ölənlərin sayı açıqlandı

Livan Səhiyyə Nazirliyi İsrailin ölkəyə həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayının 2 min 491-ə çatdığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilib ki, İsrail ordusunun 2 mart tarixində başladığı və ölkənin müxtəlif bölgələrini hədəf alan hücumlar nəticəsində ölənlərin sayı 2 min 491-ə, yaralıların sayı isə 7 min 719-a yüksəlib.

Yayımlanan son məlumatlara görə, 2 mart – 24 aprel tarixləri arasında qeydə alınan ölən və yaralananların 94 faizi Livan vətəndaşlarıdır, qalanları isə Suriya və Fələstin vətəndaşlarıdır.

Nazirliyin məlumatında hücumlar nəticəsində həyatını itirənlərin demoqrafik və regional bölgüsünə də yer verilib.

Buna görə, hücumlarda 177-si uşaq, 277-si qadın olmaqla çox sayda mülki şəxs həyatını itirib. Regional olaraq ən çox itki 1000 ölü və 3 min 68 yaralı ilə Nəbatiyyə bölgəsində qeydə alınıb.

Onu 945 ölü və 2 min 939 yaralı ilə ölkənin cənub bölgələri izləyir.Açıqlamada İsrail hücumlarının Livanın səhiyyə infrastrukturuna vurduğu ciddi ziyan da vurğulanıb.

Bildirilib ki, bu müddət ərzində səhiyyə və təcili yardım qruplarına qarşı 129 hücum həyata keçirilib, nəticədə 100 səhiyyə işçisi həyatını itirib, 233 nəfər isə yaralanıb.

Bundan əlavə, ölkə üzrə 116 təcili yardım avtomobili və 15 xəstəxana zərər görüb, 6 xəstəxana isə tamamilə fəaliyyətini dayandırıb.

Seçilən
42
cebheinfo.az

1Mənbələr