AZ

Alvares karyerasını “Barselona”da davam etdirəcək?

Hüquqları “Atletiko Madrid”ə məxsus olan argentinalı hücumçu Xulian Alvares karyerasını “Barselona”da davam etdirə bilər.

Publika.az xəbər verir ki, “Sport.es” jurnalistlərinin məlumatına görə, ulduz hücumçu nümayəndələrini ev axtarışı üçün Barselonaya göndərib.

Mətbuat dəfələrlə “Barsa”nın Alvaresə maraq göstərdiyi barədə məlumat yayıb. Keçid yay transfer pəncərəsi zamanı baş tuta bilər. Xulianın bazar dəyəri 90 milyon avrodur və onun müqaviləsi 2030-cu ilin ortalarına qədərdir.

Seçilən
71
19
publika.az

10Mənbələr