Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Piylənmə xroniki xəstəlik olmaqla yanaşı, ciddi ictimai sağlamlıq problemidir. Dünyada bu xəstəlik sürətlə yayılır və narahatedici rəqəmlərə çatır. Hazırda dünyada təxminən 1 milyard 200 milyon piylənmə xəstəsi var. Proqnozlara əsasən, bu rəqəmin 2035-ci ildə 2 milyarda çatacağı gözlənilir".
Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı endokrinoloq hidayət məmmədzadə vurğuladı.
O bildirib ki, piylənmə ilə yaşayan hər dörd nəfərdən birinə diaqnoz qoyulmur:
"Ümumilikdə isə artıq çəkili və piylənmədən əziyyət çəkən şəxslərin böyük hissəsi diqqətdən kənarda qalır. Diaqnoz qoyulan xəstələrin yalnız bir qismi müalicə alır, effektiv nəticə əldə edənlərin sayı isə daha azdır. Uzunmüddətli uğurlu müalicə alan pasiyentlərin nisbəti olduqca aşağı səviyyədədir. Bu problem Azərbaycan üçün də aktualdır. Ölkədə piylənmənin yayılmasında qidalanma vərdişləri, zəngin mətbəx, bol süfrələr və yüksək kalorili qidaların təsiri böyükdür.Düzgün qidalanma mühiti formalaşdırılarsa, xəstəliyin qarşısını almaq mümkündür. Piylənmə təkcə artıq çəki problemi deyil. Bu xəstəlik mexaniki, metabolik və psixoloji çətinliklər yaradır. Eyni zamanda 230-dan çox xəstəlik üçün risk faktoru hesab olunur. Piylənmənin 13 müxtəlif xərçəng növü ilə əlaqəsi sübut edilib. Bundan əlavə, 2-ci tip diabetin əsas səbəblərindən biri sayılır və ürək-damar xəstəlikləri riskini artırır".
NURİYYƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.