AZ

Aİ Trampın G7 və NATO sammitlərinə qatılmayacağından narahatdır - media

Aİ Trampın G7 və NATO sammitlərinə qatılmayacağından narahatdır - media

Fransada keçiriləcək G7 sammiti ABŞ prezidenti Donald Trampın fiziki iştirakı olmadan baş tuta bilər.

AFN.az "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, Avropa İttifaqı liderlərinin Kiprdə keçirilən qeyri-rəsmi görüşündə Trampın tədbirə yalnız videoəlaqə vasitəsilə qoşulmaq ehtimalı müzakirə olunub. Hesab olunur ki, bu addım beynəlxalq böhranlar fonunda Qərb müttəfiqləri arasındakı məsafəni daha da artıra bilər.

Məlumata görə, sammitin ev sahibi olan Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarının iştirakını təmin etmək üçün tədbirin tarixini belə dəyişib. Belə ki, sammit iyunun 14-nə — Trampın doğum gününə təsadüf etdiyi üçün bir gün sonraya, yəni iyunun 15-nə keçirilib. Lakin liderlər arasında son vaxtlar müşahidə olunan qarşılıqlı tənqidlər və ABŞ-ın dekabrda Mayamidə keçiriləcək G20 sammitinə Rusiya prezidenti Vladimir Putini dəvət etməsi vəziyyəti qəlizləşdirib.

Nəşr vurğulayır ki, Trampın "Yeddilik" görüşündən imtina etməsi onun iyulda Ankarada keçiriləcək NATO sammitinə gəlişini də sual altına qoyur. Türkiyə tərəfi tərəfdaşlarını Trampın iştirak edəcəyinə inandırmağa çalışsa da, ABŞ-ın İranla münaqişədə müttəfiqlərindən lazımi dəstəyi görməməsi formatın bütövlüyünü təhdid edir.

Seçilən
41
afn.az

1Mənbələr