AZ

Pentaqon əmr verdi, dənizdə atəş açıldı: Ölənlər var

ABŞ Cənub Komandanlığı  Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarına qarşı həyata keçirilən uğurlu hərbi əməliyyat barədə məlumat yayıb.

Musavat.com xəbər verir ki, aprelin 24-də general Frensis L. Donovanın birbaşa əmri ilə "Cənub nizəsi" (South Spear) qrupu narkotrafiklə məşğul olan şübhəli gəmiyə zərbə endirib.

Əməliyyat nəticəsində narkotik ticarətində şübhəli bilinən iki nəfər zərərsizləşdirilib. ABŞ tərəfi itkilər barədə məlumat verməyib və hərbçilər arasında xəsarət alanın olmadığını bildirib.

Bu əməliyyat ABŞ-ın regionda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Hazırda hadisənin baş verdiyi ərazidə əlavə araşdırmalar aparılır və ələ keçirilən gəmidəki mümkün yükün həcmi dəqiqləşdirilir.

Ekspertlər qeyd edirlər ki, "Cənub nizəsi" qrupunun bu cür kəskin müdaxiləsi beynəlxalq sularda narkokartellərin fəaliyyətinə ağır zərbə vurmaq məqsədi daşıyır. Sakit okeanın bu hissəsində patrulların intensivliyi artırılıb.


Musavat.com

Seçilən
65
musavat.com

1Mənbələr