Bakı.Trend:
Salyanda bədbəxt hadisə baş verib.
Trend xəbərverir ki, hadisə aprelin 24-ü saat 15 radələrində rayonun Yenikəndkəndi ərazisində baş verib.
Belə ki, Fuad Nəhmədov balıq tutarkən ehtiyatsızlıq nəticəsindəistifadə etdiyi qarmaq elektrik xəttinə toxunub. Nəticədə o,elektrik cərəyanı vurması səbəbindən xəsarət alıb.
Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətiorta-ağır qiymətləndirilir.