AZ

Budapeştsiz ilk sammit: Avropa liderləri acı həqiqətlə üzləşdilər

Avropa İttifaqı liderlərinin Kiprdə keçirilən qeyri-formal sammitində maraqlı anlar yaşanıb və bir çoxları üçün gözlənilməz etiraflar edilib.

Musavat.com xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, 16 il boyunca blok daxilində ciddi problemlər yaradan Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın seçkilərdə məğlub olaraq sammitə qatılmaması əvvəlcə digər liderlərdə nikbin ruh yaratsa da, bu sevinc uzun sürməyib.

Ukraynanın üzvlüyü, blokun qarşılıqlı müdafiəsi, enerji siyasəti və 1,8 trilyon avroluq yeddi illik büdcə ətrafında aparılan gərgin müzakirələrdən sonra liderlər dərk ediblər ki, onların fikir ayrılıqları Orban amilindən qat-qat böyük və dərindir.

Estoniyanın Baş naziri Kristen Mixal mövzu ilə bağlı kifayət qədər səmimi çıxış edərək bildirib ki, müəyyən mənalarda Orban hər kəsin arxasında gizləndiyi bir "günah keçisi" rolunu oynayırdı.

Onun yoxluğu göstərdi ki, ittifaq daxilindəki struktur problemləri və strateji maraq toqquşmaları bir şəxslə bağlı deyil.

Bu etiraflar Aİ daxilində qərarların qəbulu mexanizminin yenidən nəzərdən keçirilməsi zərurətini bir daha gündəmə gətirib.

Hazırda Avropa liderləri Orban faktoru olmadan üzləşdikləri bu real çətinlikləri həll etməyin yollarını axtarırlar.

Musavat.com

Seçilən
59
musavat.com

1Mənbələr