AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 153 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Eyni zamanda, narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Tarix: 25 Aprel 2026, 10:46   
Seçilən
9
13
pravda.az

10Mənbələr