Türkiyəli aktyor Şafak Sezer son vaxtlar keçirdiyi fiziki dəyişikliklərlə yenidən diqqət mərkəzinə düşüb. Daha əvvəl arıqlaması ilə gündəmə gələn sənətçi bu dəfə üzündəki fərqli görünüşü ilə müzakirələrə səbəb olub.
Day.Az xəbər verir ki, "Kutsal Damacana", "Kolpaçino" və "Türk Malı" kimi layihələrlə tanınan aktyorun üzünə botoks etdirdiyi iddia edilir.
O, eyni zamanda idman zalına başladığını və həyat tərzində dəyişiklik etdiyini açıqlayıb.
Müntəzəm idman sayəsində çəki atan Sezer sosial şəbəkədə son görüntüsünü paylaşıb. Aktyor həmçinin şəxsi inkişaf üçün xüsusi dərslər almağa başladığını bildirərək yeni qərarları ilə diqqət çəkməyə davam edir.