AZ

ABŞ və İran arasında birbaşa danışıqların aprelin 27-də keçirilməsiGÖZLƏNİLİR

ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Pakistan vasitəçiləri ilə ayrı-ayrı görüşlər keçirəcək, bundan sonra İran tərəfi ilə üçtərəfli formatda görüşün təşkili müzakirə olunacaq.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi həftə sonu Pakistan tərəfi ilə məsləhətləşmələr aparacaq. Bundan sonra ABŞ ilə birbaşa təmasların vaxtı və formatı dəqiqləşdirilə bilər.

Seçilən
25
6
redaktor.az

10Mənbələr