AZ

ABŞ anlamalıdır ki, güc İrana kompromisə getməyə məcbur etməyəcək Ekspert Gerreyro

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ ilə İran arasında münaqişənin həlli üçün kompromis imkanları yalnız aqressiyanın dayandırılması və danışıqlar masası arxasında müzakirələr aparılması halında yarana bilər.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Rusiya mətbuatına müsahibəsində Portuqaliyadan olan hüquq elmləri doktoru və GFCN eksperti Aleksandr Gerreyro səsləndirib.

O bildirib ki, ABŞ güc ssenarilərinə əl atmamalı, əvəzində İranla danışıqlara başlamalı və birgə həll yolları axtarmalıdır. “Əgər İrana qarşı aqressiv addımlar və təzyiqlər dayandırılarsa, o zaman müəyyən kompromis üçün şərait yarana bilər”, – deyə ekspert qeyd edib.

Gerreyro ABŞ-ın yaxın zamanda BMT Təhlükəsizlik Şurası vasitəsilə Hörmüz boğazında “bütün zəruri və mütənasib vasitələrdən” istifadə etməklə hərbi əməliyyata imkan verən qətnamə keçirmək cəhdinə də toxunub. Bu təşəbbüsün Rusiya və Çin tərəfindən bloklanmasını o, tam qanunauyğun hesab edib. Ekspertin sözlərinə görə, belə əməliyyatlar üçün hüquqi əsas yoxdur: “Beynəlxalq hüquq bu məqsədlər üçün güc tətbiqinə icazə vermir. Bu cür addımlar qeyri-mütənasibdir, çünki onları əsaslandıra biləcək real təhlükə mövcud deyil”,- deyə o qeyd edib.

Ekspert həmçinin deyib ki, artıq həyata keçirilən, xüsusilə də ABŞ tərəfindən icra olunan və gələcəkdə Qərb koalisiyasının iştirakı ilə genişlənə biləcək hərbi-dəniz əməliyyatları mahiyyət etibarilə dəniz blokadası xarakteri daşıyır.

Onun sözlərinə görə, dəniz blokadaları XIX əsrdə geniş istifadə olunan vasitə olsa da, son iki əsrdə beynəlxalq hüquq və qlobal yanaşmalar ciddi şəkildə dəyişib. Bu gün BMT-nin bir sıra qətnamələrində dəniz blokadalarının yolverilməz olduğu açıq şəkildə qeyd olunur və onlar beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirilir.

“Bu kontekstdə İranın suveren qərarlarına cavab olaraq ediləcək hər hansı hücum və ya güc tətbiqi də beynəlxalq hüququn pozulması sayılacaq”, – deyə Gerreyro vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
bizimyol.info

1Mənbələr