AZ

İnter İngiltərə nəhənginin müdafiəçisini 15 milyon avroya rənglərinə bağlayacaq

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"İnter" müdafiəçi Manuel Akanjinin transferini may ayında başa çatdıracaq. Sport24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bir müddət əvvəl "nerazzurri"nin oyunçunun "Mançester Siti"dən 15 milyon avroya satınalma şərtinin aktivləşdirməyə qərar verdiyi bildirilirdi. "İnter" bu mövsüm çempion olub-olmamağından asılı olmayaraq Akanjini alacaq.

Milan təmsilçisi artıq oyunçu ilə 2028-ci ilə qədər şəxsi müqavilə şərtlərini də razılaşdırıb (əlavə mövsüm üçün seçim imkanı ilə). Akanjinin maaşı ildə 3,75 milyon avro olacaq.

Qeyd edək ki, 30 yaşlı isveçrəli oyunçu ötən yay 1  milyon avro qarşılığından icarə əsasında "İnter"ə qoşulub. Müdafiəçi bu mövsüm 45 oyunda meydana çıxıb və iki qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
sport24.az

1Mənbələr