AZ

İran XİN: Əraqçinin Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüşü planlaşdırılmır

İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə hər hansı görüş keçirməsi planlaşdırılmır.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

O, X sosial şəbəkəsində yazıb: “İranla ABŞ arasında heç bir görüş planlaşdırılmır, çünki İranın mövqeyi Pakistana çatdırılacaq”. Bəqai qeyd edib ki, Əraqçi yalnız İslamabadın Yaxın Şərqdəki münaqişənin dayandırılması istiqamətində vasitəçilik səyləri çərçivəsində Pakistanın yüksəkvəzifəli rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadla ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilə biləcəyini bildirmişdi.

Seçilən
54
50
yeniazerbaycan.com

10Mənbələr