AZ

KİV: Orban getsə də, Aİ daxilində Ukrayna ilə bağlı fikir ayrılığı qalmaqadır

Kiprdə keçirilən Aİ sammiti Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı olmadan daha sakit atmosferdə keçsə də, Ukrayna məsələsində fikir ayrılıqları yenə də açıq şəkildə üzə çıxıb.

“Politico”nun yazdığına görə, illər boyu Aİ daxilində gərginliyin əsas səbəblərindən biri hesab olunan Orbanın olmaması problemləri aradan qaldırmayıb.

Əksinə, liderlər Ukraynanın Aİ-yə üzvlüyü məsələsində ciddi fikir ayrılıqlarının mövcud olduğunu etiraf ediblər.

Bəzi ölkələr Kiyevin tez bir zamanda ittifaqa qəbulunu dəstəklədiyi halda, digərləri daha ehtiyatlı mövqe sərgiləyərək real yanaşmanın vacibliyini vurğulayır.

Seçilən
85
2
apa.az

3Mənbələr