Almaniya ikinci Bundesliqasında 31-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” öz meydanında “Braunşveiq”i qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
“Kayzerslautern” - “Braunşveiq” - 0:2
Qollar: Alidou, 14, Yardımcı, 72
Mahir Emreli bu matçın iştirakçısı olmayıb. Onun adı “Kayzerslautern”in iştirak ərizəsinə daxil edilməyib.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.