AZ

Aleyna Tillki ömürlük həbs oluna bilər

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Ümraniyə rayonunda silahlı hücum nəticəsində həyatını itirən futbolçu Kubilay Kaan Kundaqçı cinayəti ilə bağlı yeni mərhələyə keçilib.

Axşam.az xəbər verir ki, hadisə üzrə iddianamə hazırlanaraq məhkəməyə təqdim olunub.

İddianaməyə əsasən, Aleyna Kalaycıoğlu barəsində “qəsdən adam öldürməyə təhrik etmə” maddəsi ilə mühakimə olunması istənilib və ona ömürlük həbs cəzası tələb edilib.

Cinayəti törədən Alaattin Kadayifçıoğlu üçün də ömürlük həbs cəzası istənilir.

Bundan əlavə, müğənni İzzet Yıldızhan haqqında isə “cinayətkarı gizlətmə” maddəsi ilə 6 aydan 5 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunub.

Qeyd edək ki, Canbay ifadəsində hücumun keçmiş sevgilisi Aleyna tərəfindən təşkil olunduğunu iddia edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
50
axsam.az

10Mənbələr