AZ

Həbsdə olan Ela Rumeysa Cebeci barəsində qərar dəyişdi FOTO

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məşhur aparıcı Ela Rumeysa Cebeci barəsində aparılan narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı istintaq çərçivəsində yeni qərar qəbul edilib. Dekabr ayından etibarən həbsdə olan Cebeci məhkəmə tərəfindən azadlığa buraxılıb.Demokrat.az haberler-ə istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılaraq narkotik maddə istifadəsini asanlaşdırmaqda ittiham olunan aparıcı üçün qətimkan tədbiri dəyişdirilib.Məhkəmənin qərarına əsasən Cebeci barəsində yaşayış yerini tərk etməmək şərti ilə ev həbsi tətbiq edilib.İstintaq sənədlərində yer alan ekspertiza rəyinə görə Cebecidən götürülən saç nümunələrində kokain və müxtəlif sintetik maddələrin qalıqları müəyyən edilib. Bununla belə aparıcının qan analizlərində hər hansı narkotik maddə izi aşkar olunmayıb. Hazırda məşhur spikerin mühakiməsi ev həbsi şəraitində davam edir.Hüquqi prosesin gedişatına əsasən məhkəmənin yekun qərarı gözlənilir.

 

İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
91
demokrat.az

1Mənbələr