AZ

Sərnişin avtobusları bu yolu çətinliklər keçirlərVİDEO

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində minik avtomobilləri avtobusların hərəkətinə mane olur.

Xezerxeber.az-ın məlumatına görə, yolun sağ və solunda avtomobillər saxlanıldığından avtbosular keçib gedə bilmir.

Günün istənilən saatında bu yolun kənarında park edilən avtomobillərə görə sıxlıq yaşanır. Ən çox əziyyət çəkən isə avtobus sürücüləridir.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən 85 saylı müntəzəm marşrut xəttində hərəkət edən avtobusların sürücüləri deyirlər ki, yolun sol çiyinində qanuni parklanma yeri var, lakin sağda dayanan maşınlara görə yol daralır və demək olar ki, hər saatda sıxlıq yaşanır.

Ərazidə çəkiliş aprıdığımız zaman müşahidə etdik ki, yolun sağında dayanma və durmanı qadağan edən nişan olmadığından sürücülər avtomobillərini orda saxlayırlar. Bu da süni sıxlığın yaranmasına şərait yaradır.

Avtomobillərin, xüsusən də ictimai nəqliyyatın hərəkətinə mane yaradan yolda dayanma və durmanı qadağan edən nişanın qoyulub-qoyulmayacağı ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik.

Qurumdan ''Xəzər Xəbər''ə bildirdilər ki, yolun sağ tərəfində aidiyyəti qurumlarla razılaşdırılmaqla qadağanedici nişanların quraşdırılması məsələsinə baxılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
81
xezerxeber.az

1Mənbələr