AZ

Cənubi Qafqazdakı sülh düşmənçilik yaratmağa çalışan dairələrə verilən güclü cavabdır - Türkiyə XİN

Bakı. Trend:

Cənubi Qafqazda formalaşan sülh və uzlaşma mühiti, bölgəninəməkdaşlıq və sabitlik məkanına çevrilməsini istəyənlərin, tarixdəndüşmənçilik yaratmağa çalışan dairələrə verdiyi güclü cavabdır.

Trend xəbərverir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəziölkələrin rəsmiləri tərəfindən 1915-ci il hadisələrinə dair verilənbəyanatlar haqqında şərhində qeyd olunub.

Bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı müzakirələrdətərəflərin mövqeyi aydındır: məsələ siyasi istismar predmetinəçevrilməməlidir.

"Bununla belə, bəzi üçüncü ölkələrin siyasətçilərinin bumövzudan dar siyasi məqsədlər üçün istifadə etməyə çalışdıqları vəya öz məsuliyyətlərini ört-basdır etməyə cəhd göstərdikləri dəmüşahidə olunur.

Ölkəmiz əsrlər boyu birgəyaşayış mədəniyyətinin ən güclünümunələrini özündə ehtiva etmiş, 1915-ci il hadisələrinin ədalətlivə elmi əsaslarla araşdırılması məqsədilə arxivlərini açmış vəBirgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Butəklifimiz qüvvədə qalır.

Niyyəti konstruktiv olan üçüncü tərəfləri ortaq və ədalətlitarixi yaddaşa nail olunmasına yönəlmiş səyləri və son dövrdəformalaşan konstruktiv dialoq mühitini dəstəkləməyə dəvət edirik",- Türkiyə XİN-in məlumatında vurğulanıb.

Məqalədə:
Seçilən
34
4
az.trend.az

5Mənbələr