AZ

Cənubi Qafqazda yaranan sülh bəzi qüvvələrə verilən güclü cavabdır

Cənubi Qafqazda ortaya çıxan sülh və barış mühiti bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışan qüvvələrə verdiyi güclü bir cavabdır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmi şəxslərinin 1915-ci il hadisələrinə dair verdiyi bəyanatlarla bağlı yaydığı yazılı açıqlamada bildirilib.

Açıqlamada bəzi üçüncü ölkə siyasətçilərinin məsələni dar siyasi hesabları üçün istifadə etməyə çalışdıqları və ya öz məsuliyyətlərinin üstünü örtməyə cəhd kimi müşahidə olunduğu ifadə edilib.

Əsrlərboyu birlikdə yaşama mədəniyyətinin ən güclü nümunələrini özündə barındıran Türkiyənin 1915-ci il hadisələrinin ədalətli və elmi bir zəmində araşdırılması məqsədilə arxivlərini açdığı və "Ortaq Tarix Komissiyası" yaradılmasını təklif etdiyi qeyd edilən açıqlamada bu təklifin qüvvədə olduğu xatırladılıb.

Seçilən
32
11
publika.az

10Mənbələr