AZ

Makrondan Yaxın Şərqlə bağlı çağırış: “Təcili olaraq...”

ain.az bildirir, Ayna portalına istinadən.

“Hamımız sabitliyin tez bərpa olunmasında və qlobal iqtisadiyyata təzyiqin azaldılmasında maraqlıyıq"

“Yaxın Şərqdə sabitliyin mümkün qədər tez, təcili olaraq bərpa edilməsi bütün ölkələrin maraqlarına uyğundur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Kiprdə keçirilən qeyri-rəsmi Aİ sammitinə gələrkən jurnalistlərə deyib.

"Düşünürəm ki, hamımız sabitliyin mümkün qədər tez bərpa olunmasında və qlobal iqtisadiyyata təzyiqin azaldılmasında maraqlıyıq", - deyə qeyd edib.

Prezident bildirib ki, "Avropa vəziyyətin həllində daha fəal iştirak etməlidir".

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin müddətini uzadıb, lakin bunun nə qədər davam edəcəyi məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
ayna.az

1Mənbələr