AZ

Günəşdə güclü partlayışlar qeydə alındı


Günəşdə ötən gün “M” sinifinə aid olan beş partlayış qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, partlayışlar saat 8:35-dən qeydə alınmağa başlayıblar və 21:08-dək davam ediblər.
Birinci partlayış saat 08:35-də qeydə alınıb və təxminən 28 dəqiqə davam edib, ikinci partlayış saat 08:59-da qeydə alınıb və 18 dəqiqə davam edib. Dördüncü, M1.7 miqyaslı partlayış saat 18:00-da qeydə alınıb və 34 dəqiqə davam edib. Beşinci M4.9 partlayışı saat 21:08-də 4419 günəş ləkəsi qrupunda (N16W65) rentgen diapazonunda qeydə alınıb. O, 14 dəqiqə davam edib.
Seçilən
95
1
yeniavaz.com

2Mənbələr