AZ

CNN: İran ABŞ ilə deyil, pakistanlı vasitəçilərlə danışıqlara üstünlük verir

İran nümayəndə heyəti ABŞ təmsilçiləri ilə deyil, pakistanlı vasitəçilərlə görüşəcək.

İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

IRNA agentliyinə istinadən verilən məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan nümayəndə heyəti ilə danışıqlar aparacaq.

Nazirin Pakistanla təmaslardan sonra Omanın paytaxtı Maskata və Rusiyaya səfər edəcəyi bildirilir.

Pakistan tərəfi ümid edir ki, cümə günü keçiriləcək görüş ABŞ və İran arasında danışıqların ikinci raunduna yol açacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
50
interpress.az

10Mənbələr