İsrailin baş naziri Benyamin Netanyahu erkən mərhələdə bədxassəli prostat şişinin çıxarılması üçün uğurlu əməliyyat keçirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, müalicəsininin nəticəsi barədə məlumatı özü sosial mediada açıqlayıb.
Siyasətçinin sözlərinə görə, xərçəng təxminən bir il yarım əvvəl xoşxassəli prostat şişinin (adenoma) çıxarılması üçün əməliyyatdan sonra aparılan adi tibbi müayinə zamanı aşkar edilib.
Müayinə zamanı həkimlər "ölçüsü bir santimetrdən kiçik bir ləkə" aşkar ediblər və bu ləkə, demək olar ki, dərhal çıxarılıb və "problemi aradan qaldırıb və heç bir iz qoymayıb”, - Netanyahu əmin edib.
O, əlavə edib ki, hazırda əla fiziki vəziyyətdədir.
"Prostat vəzimlə bağlı kiçik bir tibbi problemim var idi və o, tamamilə sağaldı. Allaha şükür ki, artıq geridə qalıb. Potensial təhlükə barədə vaxtında məlumatlandırıldığım zaman dərhal həll olunmasını istəyirəm. Bu, həm milli, həm də şəxsi səviyyədə doğrudur", - deyə İsrailin baş naziri bildirib.
Baş nazir etiraf edib ki, İranla müharibənin ortasında tibbi hesabatın dərc olunmasının qarşısını almaq və Tehrana "İsrailə qarşı daha da yalan təbliğat" yaymaq üçün bəhanə verməməkdən ötrü tibbi hesabatın dərc olunmasının təxirə salınmasını xahiş edib.
Bundan əvvəl Netanyahuya əvvəllər kardiostimulyator taxılıb.
Musavat.com