AZ

Böyük Britaniyanın neft satışı ilə məşğul olan şirkətinin Azərbaycandakı filialı ləğv olunur - Dövlətə vergi borcu var

BAKI, 24 aprel. TELEQRAF

Böyük Britaniyanın neft və neft məhsullarının topdan satışı ilə məşğul olan "Petrostem (UK) Limited" Məhdud Məsuliyyətli Özəl Şirkətinin Azərbaycandakı Filialı ləğv olunduğunu elan edib.

Teleqraf xəbər verir ki, şirkətin kreditorları tələblərini iki ay ərzində bildirə bilərlər.

Şirkət Azərbaycanda 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlətə 80 manat vergi borcu olan şirkətin qanuni təmsilçisi Duthie Peterdir.

Qeyd edək ki, "Petrostem (UK) Limited" şirkəti 1998-ci ildə Bristol şəhərində 10 milyon funt sterlinq nizamnamə kapitalı ilə təsis edilib və 2022-ci ildə ləğv edilib. Ləğv zamanı şirkətin nizamnamə kapitalı 16 milyon funt sterlinq təşkil edib.

Seçilən
45
1
teleqraf.com

2Mənbələr