AZ

Haaqa Konvensiyası tarixi abidələrə və ibadət yerlərinə qarşı düşmənçilik hərəkətlərini qadağan edir Dosent

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 aprel, AZƏRTAC

Əgər dini və mədəni abidələr öz ilkin təyinatından təhqiredici formada çıxarılıb alçaldıcı məqsədlərlə istifadə olunubsa, bu, 1954-cü il Haaqa Konvensiyasının mədəni sərvətə hörmət öhdəliyinə beynəlxalq humanitar hüquq normalarına qəsd kimi qiymətləndirilə bilər. Konvensiyanın Əlavə I Protokolunun 53-cü maddəsi tarixi abidələrə və ibadət yerlərinə qarşı düşmənçilik hərəkətlərini qadağan edir. Bu səbəbdən belə davranışlar təkcə vandalizm deyil, həm də beynəlxalq hüququn pozuntusu kimi təqdim olunmalıdır. İşğaldan azad edilmiş əzəli torpaqlarımızda erməni işğalçılarının bu çeşiddən olan cinayətləri sənədləşdirilib. Hətta işğal dövründə belə Qarabağda azərbaycanlılara aid məscidlərin, türbələrin tövlələrə çevrilməsi barədə foto və video faktlar mövcuddur.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev söyləyib.

O bildirib ki, ibadət yerləri, məzarlıqlar, türbələr və qəbiristanlıqlar sırf memarlıq obyektləri deyil, onlar insanların inancı, xatirəsi, ailə bağları və kimliyi ilə bağlı müqəddəs məkanlardır. Belə abidələrin alçaldılması və ya təhqiredici istifadəyə məruz qoyulması bir xalqın mənəvi dəyərlərinə yönəlmiş rəmzi zorakılıq kimi xarakterizə oluna bilər. UNESCO-nun 2003-cü il Bəyannaməsi də mədəni irsin qəsdən məhv edilməsinin insan ləyaqəti və insan hüquqları üçün mənfi nəticələr doğurduğunu vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
azertag.az

2Mənbələr