AZ

MEDİA dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“APA İnformasiya Agentliyi tərəfindən Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunub.

“Dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılmasını yolverilməz hesab edirik.

Bəyan edirik ki, “Media haqqında” Qanunun 14.1.11-1-ci maddəsinə əsasən saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq”, - məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
50
qafqazinfo.az

10Mənbələr