AZ

Ukraynaya şok zərbə: Rus hakerlər dövlət sistemini çökdürdü

Rusiyanın “PalachPro” haker qrupu Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Xarkov vilayəti üzrə idarəetmə sisteminə daxil olaraq böyük həcmdə məxfi məlumatları ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “SHOT” "Telegram" kanalı yayıb.

Bildirilir ki, kiberhücum nəticəsində 100-dən çox zabitin, o cümlədən baş idarənin rəisi Artem Astaxov və onun birinci müavini Serqey Çabanyanın adları, telefon nömrələri və elektron poçt ünvanları hakerlərin əlinə keçib. Sənədlər təhlil edilərkən məlum olub ki, dinc xilasetmə xidməti faktiki olaraq hərbi struktura çevrilib və xilasedicilər mütəmadi olaraq cəbhəyanı zonalarda tapşırıqlar icra edirlər.

Hakerlər həmçinin qurumun balansında olan texnikaların tam siyahısını da əldə ediblər. Siyahıda “Mercedes” mikroavtobusları, “Volvo” və “Scania” yük maşınları, müxtəlif yanğınsöndürən sisternləri olsa da, real vəziyyətin acınacaqlı olduğu üzə çıxıb. Belə ki, mövcud 100-ə yaxın texnikanın böyük hissəsinin təmirdə olduğu və istifadəyə yararsız halda qaldığı bildirilir. Ukraynalı İT mütəxəssislərinin hakerləri hələ də sistemdən kənarlaşdıra bilmədiyi vurğulanır.

Seçilən
71
publika.az

1Mənbələr