AZ

Xuraman Şuşalı: "Hicaba görə böyük qazancdan məhrum olmuşam" - VİDEO

Xuraman Şuşalı açıqlaması ilə diqqət çəkib.

Yenilik.az xəbər verir ki, müğənni hicablı olduğu üçün bəzi telekalların onu dəvət etmədiyini bildirib. 
“Kanallarla yanaşı, bir çox restoranlar da məni dəvət etmir. Deyirlər ki, Xuraman, başın açıq olsaydı, bütün toylar sənin idi. Düşünürəm ki, hicabın məclisə nə dəxli var?! Gözəl geyinirəm, milli obraz yaratmışam, səhnə mədəniyyətim var. Mahnılarım əsl məclis mahnılarıdır. Hicaba görə böyük qazancdan məhrum olmuşam. Dövlət kanallarına rəsmi şəkildə müraciətlər etsəm də, yollarım bağlıdır. Din azadlığı olan ölkədə yaşayırıq. Belə olmalı deyil”. 

Seçilən
52
37
yenilik.az

10Mənbələr