AZ

Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Avropada yaşayan Rusiya vətəndaşları ilə bağlı həyəcan təbili çalıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomat Avropa İttifaqı (Aİ) ölkələrində məskunlaşan ukraynalı radikal qrupların rusiyalılar haqqında gizli şəkildə şəxsi məlumatlar topladığını açıqlayıb.

Zaxarovanın sözlərinə görə, toplanan məlumatlar əsasında xüsusi "qara siyahılar" tərtib olunur. Bu siyahılarda Rusiya vətəndaşlarının fotoşəkilləri, ev ünvanları və digər konfidensial məlumatları internetdəki açıq resurslarda yerləşdirilir.

Diplomat qeyd edib ki, bu fəaliyyətin əsas məqsədi xaricdə yaşayan ruslara qarşı psixoloji təzyiq göstərmək, onları qorxutmaq və şantaj etməkdir.

Rusiya XİN rəsmisi bu hərəkətlərin birbaşa təhlükəsizlik təhdidi yaratdığını vurğulayıb: "Söhbət heç də zərərsiz sorğulardan getmir. Bu, Ukrayna iqtidarının xüsusi dəst-xəttidir. Onlar öz təcavüzkar siyasətlərini Avropa ərazisinə də yaymağa çalışırlar. Məqsəd bəllidir: şantaj və qorxu mühiti yaratmaq".

Seçilən
44
publika.az

1Mənbələr