AZ

İsveçrə Tehrandakı səfirliyini AÇIR

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrə Tehrandakı səfirliyini mərhələli şəkildə yenidən açır.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçrə Milli Şurasının mətbuat açıqlamasında bildirilib.

Bildirilib ki, səfirliyin fəaliyyətinin bərpası çərçivəsində ilk kiçik işçi qrupu artıq Tehrana gəlib.

Qeyd olunub ki, texniki qrup dörd İsveçrə vətəndaşından ibarətdir və onlar diplomatik nümayəndəliyin fəaliyyətinin mərhələli şəkildə yenidən qurulmasına hazırlaşırlar.

Məlumata görə, bu qərar yeni təhlükəsizlik qiymətləndirməsindən sonra, həmçinin İsveçrənin maraqlarını təmsil etdiyi İran və ABŞ ilə aparılan məsləhətləşmələr əsasında qəbul edilib.

Açıqlamada qeyd edilib ki, İsveçrə Tehrana qayıtmaqla ABŞ-nin himayədar dövləti kimi funksiyalarını birbaşa İran ərazisindən yenidən həyata keçirməyə başlayıb.

Bildirilib ki, səfirliyin fəaliyyəti dayandırıldığı dövrdə belə iki ölkə arasında əlaqə tam kəsilməyib.

Qeyd olunub ki, diplomatik nümayəndəliyin tam fəaliyyətə başlaması İrandakı vəziyyətin inkişafından asılı olacaq və hələlik konsulluq xidmətləri göstərilməyəcək.

Xatırladılıb ki, səfirlik ABŞ-İsrail münaqişəsi fonunda martın 11-də müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
redaktor.az

2Mənbələr