AZ

Tarixin ən yaxşı braziliyalı futbolçuları açıqlandı: Birinci yerdə kimdir?

Britaniyanın məşhur futbol jurnalı "FourFourTwo" tarixin ən yaxşı 10 braziliyalı futbolçusunun siyahısını tərtib edib.

Publika.az xəbər verir ki, reytinqdə ilk yeri üçqat dünya çempionu olan əfsanəvi Pele tutub.

İkinci sırada başqa bir dünya çempionu Ronaldo Nazario qərarlaşıb. Üçlüyü isə Pelenin komanda yoldaşı Qarrinça tamamlayır.

Siyahının sonrakı pillələrində müvafiq olaraq, Ronaldinyo, Romario, Rivaldo, Ziko, Sokrates, Jairzinyo və Kaka yer alıb.

Seçilən
71
6
publika.az

7Mənbələr