AZ

Baş nazirin ofisi: Folklend adalarının suverenliyi Böyük Britaniyaya məxsusdur

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

London, 24 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş nazirinin ofisi Folklend adalarının suverenliyinin bi ölkəyə aid olduğunu bir daha vurğulayıb.

AZƏRTAC xəbər verir ki, bu açıqlama Amerika Birləşmiş Ştatlarının (ABŞ) sözügedən ərazi ilə bağlı mövqeyin yenidən nəzərdən keçirilə biləcəyinə dair yayılan xəbərlərdən sonra verilib.

Məlumata görə, əvvəlcə “Reuters” tərəfindən yayılan Pentaqonun daxili elektron məktubunda ABŞ-nin İranla müharibəsinə dəstək verməyən NATO müttəfiqlərinə qarşı mümkün tədbirləri nəzərdən keçirdiyi bildirilir. Bu variantlar arasında İspaniyanın müharibəyə qarşı çıxmasına görə NATO-dan uzaqlaşdırılması məsələsi də müzakirə olunub. Məsələ ilə bağlı bildirilib ki, Folklend adalarının sakinləri bu ərazinin Böyük Britaniyanın dənizaşırı ərazisi olaraq qalmasına səs veriblər. “Biz hər zaman ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləmişik və suverenliyin Böyük Britaniyaya məxsus olduğunu vurğulamışıq”, - Baş nazirin ofisindən bildirilib.

Həmçinin vurğulanıb ki, hökumətin mövqeyi tam aydındır: “Suverenlik Böyük Britaniyaya məxsusdur və ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququ əsas prinsipdir. Bu mövqeni əvvəlki ABŞ administrasiyalarına da açıq və ardıcıl şəkildə bildirmişik və bu, dəyişməyəcək”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
1
azertag.az

2Mənbələr