AZ

Bəşəriyyət uçuruma gedir: milyonlar ölümün bir addımlığında

Dünyada aclıq və ərzaq böhranı getdikcə dərinləşir, milyonlarla insan həyati təhlükə ilə üz-üzə qalıb.

Musavat.com xəbər verir ki, “Politico” nəşrinin yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının yeni hesabatı dünyada aclığın son illərin ən təhlükəli mərhələsinə daxil olduğunu göstərir.

Humanitar yardımların maliyyələşdirilməsinin kəskin azalması milyonlarla insanı həyati risk qarşısında qoyub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Dünya Ərzaq Proqramı tərəfindən yayımlanan “Qlobal Ərzaq Böhranları Hesabatı”na əsasən, 2025-ci ildə 47 ölkədə ümumilikdə 266 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib. Hesabatda bildirilir ki, real rəqəmlər bundan da yüksək ola bilər, çünki 18 ölkə üzrə etibarlı məlumat əldə edilməyib.

Ən ağır vəziyyətdə olan, yəni aclıqdan ölmək təhlükəsi ilə üz-üzə qalan insanların sayı 2016-cı ildəki 155 mindən ötən il 1,4 milyona yüksəlib. Bu insanlar altı ölkə və ərazidə yaşayır.

Sindi Makkeyn bildirib ki, ağır aclıq halları iki dəfə artıb, iki bölgədə isə rəsmi şəkildə qıtlıq elan olunub. Onun sözlərinə görə, eyni ölkələr münaqişələr, dağıntılar və maliyyə çatışmazlığı səbəbindən davamlı aclıq dövrünə düşüb.

Hesabatda vurğulanır ki, bu böhranın əsas səbəbi silahlı münaqişələrdir. Təkcə 19 ölkədə müharibə və qarşıdurmalar 147 milyondan çox insanı təcili ərzaq yardımına möhtac vəziyyətə salıb. Bu rəqəm qlobal göstəricinin yarısından çoxdur.

İlk dəfə olaraq hesabatın 10 illik tarixində eyni anda iki bölgədə – QəzzaSudanda qıtlıq təsdiqlənib. BMT rəsmiləri bildirirlər ki, hər iki ərazidə səbəb münaqişə və yardımların məhdudlaşdırılmasıdır.

Maliyyə tərəfi isə daha da narahatedicidir. ABŞ xarici yardımının ötən il 57 faiz azalması, həmçinin Almaniya, Fransa, Niderland Böyük Britaniya kimi donor ölkələrdə ixtisarlar humanitar proqramlara ağır zərbə vurub.

Hesabatda xəbərdarlıq edilir ki, Yaxın Şərqdə münaqişələrin genişlənməsi artıq gübrə və enerji bazarlarını silkələyir. Bu isə idxaldan asılı kasıb ölkələrdə ərzaq qiymətlərini daha da artıraraq yeni aclıq dalğası yarada bilər.

Musavat.com

Seçilən
85
musavat.com

1Mənbələr