AZ

Yeni Teana belə olacaq FOTO

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Nissan" Çin bazarı üçün nəzərdə tutulan ilk hibrid modeli "N6" və tamamilə yenilənmiş flaqman sedanı "Teana"nı təqdim edib.Demokrat.az xəbər verir ki, hibrid "Nissan N6" 1,5 litrlik benzin mühərriki və güclü elektromotorun kombinasiyası sayəsində cəmi 4,4 litr yanacaq sərf edir. Uzunluğu 4835 mm olan bu model gənc sürücülər üçün əlçatan ailə sedanı kimi mövqeləndirilir.Digər yenilik olan "Teana" isə texnoloji inqilabı ilə diqqət çəkir. Belə ki, bu avtomobil dünyada "Huawei HarmonySpace 5.0" proqram təminatı ilə çalışan ilk qeyri-elektrik modeldir. Avtomobilin salonunda quraşdırılan 15,6 düymlük nəhəng ekran və 17 dinamikli audio sistem sürücülərə fərqli bir təcrübə vəd edir."Teana" həmçinin xarici görünüşündəki dəyişikliklərlə də rəqiblərindən seçilir. Genişləndirilmiş radiator barmaqlığı və arxa hissədəki işıqlı "Nissan" loqosu avtomobilin flaqman statusunu bir daha təsdiqləyir.Qiymətlərə gəlincə, "N6" modeli təxminən 99,9 min yuandan başlayan qiymətlərlə artıq satışa çıxarılıb.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
demokrat.az

1Mənbələr