AZ

Səxavət Sahil: “Difai necə yarandı?” filmi milli birlik tariximizin mühüm məqamlarını əks etdirir

Bakı, 24 aprel, AZƏRTAC

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “Difai necə yarandı?” adlanır. Filmin ssenari müəllifi və prodüseri Səxavət Sahil, quruluşçu rejissoru isə Ramina Qarayevadır.

Səxavət Sahil AZƏRTAC-a açıqlamasında bildirib ki, film 1905-ci ildə baş verən hadisələr fonunda milli özünümüdafiə ideyasının formalaşmasını və “Difai” təşkilatının yaranma zərurətini əks etdirir. Onun sözlərinə görə, ekran işində həmin dövrün mürəkkəb ictimai-siyasi mənzərəsi bədii və sənədli təsvir vasitələri ilə təqdim olunaraq tamaşaçıya daha dolğun şəkildə çatdırılıb.

Qeyd edək ki, filmdə 1905-ci ildə erməni qırğınlarının qarşısını almaq məqsədilə milli birlik rəmzinə çevrilən “Difai” təşkilatının yaranması zamanı baş verən hadisələr geniş şəkildə işıqlandırılıb.

Müxbir – Günel Alıyeva

Seçilən
13
1
azertag.az

2Mənbələr