ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aprelin 19-da Ukrayna Silahlı Qüvvələri Taqanroqdakı “Atlant Aero” zavoduna “Neptun” raketləri ilə zərbə endirərək bir neçə istehsal bölməsini məhv edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bu gün məlumat yayıb.
Baş Qərargah qeyd edib ki, "Ukraynanın “Neptun” qanadlı raketlərinin 19 aprel 2026-cı ildə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərindəki “Atlant Aero” müəssisəsinə endirdiyi zərbənin nəticələri aydınlaşdırılıb - iki istehsal bölməsinin məhv edilməsi və dördünə dəyən ziyan təsdiqlənib".
"Atlant Aero" şirkətinin "Molniya" tipli zərbə və kəşfiyyat PUA-larının, eləcə də "Orion" PUA-sının istehsalı ilə məsul olduğu bildirilir.
Baş Qərargah əlavə edib ki, "Bu müəssisənin məhv edilməsi Rusiyanın Ukraynadakı mülki hədəflərə zərbə endirmək qabiliyyətini azaldacaq".
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.