AZ

Xalq artisti Elbrus Vahidovu müdafiəsinə qalxdı “Onun kimi sənət fədaisi...”

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Xalq artisti Həmidə Ömərova qrim rəssamı Elbrus Vahidovun müdafiəsinə qalxıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) yayıb.

H.Ömərova məsələyə belə münasibət bildirib:

“Elbrus Vahidov kimi sənət fədaisinin otağından muzey yaratmaq olardı – 50 ildən çox Azərbaycan kinosunun inkişafına xidmət edən sənətkarın Qrim Otağı, həmçinin Rasim Ocaqovun, Eldar Quliyevin daimi iş otaqları, Mozalan studiyası, Dublaj studiyası, Fotosex və s. Azərbaycanfilm Kinostudiyası bizim kinomuzun tarixidir. Bu tarixi dağıtmaq yox, gələcək nəsillərimiz üçün bərpa edib qorumaq lazımdır”.

Qeyd edək ki, “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” və onlarla filmdə qrim rəssamı işləmiş 75 yaşlı Elbrus Vahidovu “Azərbaycanfilm” kinostudiyasındakı otağından çıxarıblar.

Aydan Hacı 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
yenisabah.az

2Mənbələr